Bürünc mükafatçı Avropa yolunda - PROQNOZ
27.05.2022 - 11:36
Bürünc mükafatçı Avropa yolunda - PROQNOZ

Bu gün Rumıniya çempionatında avrokubokların pley-off matçında “Universtatya Krayova” öz meydanında “Botoşani”ni qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Mixail Savin bu qarşılaşmaya proqnoz verib.

Rusiyalı mütəxəssis son 4 şəxsi oyunu Q/Q gələn rəqiblərin yenə məhsuldarlıq nümayiş etdirəcəyi qənaətindədir:

Bu qarşılaşmada ÜST-ə qoyuluş etməyə dəyər. “Botoşani” möhtəşəm formadadır. Bu komanda sabit olaraq hər matçda iki qol vurur.

“Botoşani” bugünkü rəqibi ilə son matçlarda da daim qol vurur. Baxmayaraq ki, öz qapısından da top buraxır.

Meydan sahibləri isə ustalıq səviyyəsinə görə daha üstündür. Komanda cari mövsümdə çempionatın bürünc medalını qazanıb.

Krayova təmsilçisinin avrokuboklardan kənar qalması heç inandırıcı deyil. Bu üzdən də meydan sahibləri bütün gücünü ortaya qoyacaq. Buna görə də ən azı 3 qol vurulacağını təxmin edirəm.

Proqnozum: ÜST
 

0