“Çelsi”dən üç toplu üç xal
26.08.2023 - 00:58
“Çelsi”dən üç toplu üç xal

İngiltərə Premyer Liqası 3-cü turu meydan sahiblərinin qələbəsi ilə start götürüb.

Apasport.az-ın məlumatına görə, “Çelsi” mövsümdə ilk üç xalını qazanıb.

“Zadagənlar” debütant “Luton”la görüşdə əziyyət çəkməyiblər. İki dəfə fərqlənən Sterlinq oyunun qəhrəmanı olub. “Luton” isə ikinci matçda da böyükhesabla uduzub. Komanda ilk qarşılaşmada “Brayton”a 1:4 hesabı ilə məğlub olmuşdu.

İngiltərə Premyer Liqası
3-cü tur
25 avqust

“Çelsi” – “Luton” – 3:0
 

0