“Everton” Premyer Liqada qaldı
20.05.2022 - 09:15
“Everton” Premyer Liqada qaldı

“Everton” İngiltərə Premyer Liqasında yerimi qoruyub.

Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi XXXIII turundan təxirə salınan matçda “Kristal Pelas”ı 3:2 hesabı ilə məğlub edib.

Bununla da “Everton” sona bir tur qalmış Çempionşipə düşməyəcəyini rəsmiləşdirib. Mersisaydlılar 37 oyundan sonra xal hesabımı 39-a çatdırıb.

16-cı sırada qərarlaşan komanda turnir cədvəlindəki qonşularından 4 xal öndədir. Aşağı dəstəyə yuvarlanacaq üçüncü komanda “Lids” və ya “Bernli” olacaq. Hər iki klubun aktivində 35 xal var.

Qeyd edək ki, “Uotford”la “Norviç”in Çempionşipə yuvarlanması öncədən rəsmiləşib.

0