"Feyenoord"dan Niderland çempionluğu yönündə vacib 3 xal
19.03.2023 - 19:49
"Feyenoord"dan Niderland çempionluğu yönündə vacib 3 xal

Niderland çempionatında liderlik uğrunda vacib görüş keçirilib.

Apasport.az xəbər verir ki, XXVI turda turnir cədvəlinin 2-cisi "Ayaks" lider "Feyenoord"u Amsterdamda qəbul edib.

İlk hissədən sonra meydan sahibləri 2:1 öndə olsalar da, qonaqlar geridönüş edərək 3:2 qalib gəlməyi bacarıblar.

Bununla da "Feyenoord"la "Ayaks" arasında xal fərqi 6-ya yüksəlib. 

0