Həftəsonu 8 oyuna dəqiq MƏRC
31.01.2023 - 00:00
Həftəsonu 8 oyuna dəqiq MƏRC

Cənubi Afrika Respublikasının bukmeker kontorlarında həftəsonunun ən böyük uduşu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 8 oyundan ibarət ekspress kupon diqqət çəkib.

Proqnozsevər bu variantına 746,96 rand (73,27 manat) yatırıb. Onun bütün təxminləri dəqiq alınıb.

Proqnozsevərin uduşu 18 min 274,96 randa (1794,89 manat) bərabər olub. 24,40 əmsallıq kuponun uduşlu olması səbəbindən betterə əlavə bonus da verilib. 

O, bukmeker kontorundan 1827,49 rand (179,50 manat) alıb. Ümumi uduş isə 20 min 102,45 rand (1974,48 manat) olub.

0