“İmperator” Afinada ilk açıqlamasını verdi
27.12.2023 - 21:42
“İmperator” Afinada ilk açıqlamasını verdi

 

“Təklifi düşünmədən qəbul etdim. "Panatinaikos" klubu olaraq çempionluğu hədəfləmişik".

Apasport.az xəbər verir ki, bunu Yunanıstanın “Panatinaikos” klubuna yeni baş məşqçi təyin olunan Fatih Terim bu gün Afina hava limanında jurnalistlərə açıqlamasında deyib.

70 yaşlı türkiyəli mütəxəssis yeni vəzifəsində iddialı olacağını bildirib: "Harada oluramsa, qalib olmaq üçün gedirəm. Kağız üzərinə sadəcə imza atmıram, bunu ürəkdən edirəm. Ölkə çempionluğunu, həmçinin Avropada uğur qazanmaq istəyirik”.

Yunanıstan çempionatında inamlı təsir bağışlayacaqlarını vurğulayan “İmperator” əsas rəqiblərinin sayını açıqlayıb: “Onların sayı 4-dür. Həm təcrübəli, həm də güclüdürlər. Onlara hörmətlə yanaşıram”.

Terimin sözlərinə görə, hədəflərlə bağlı klub prezidentilə söhbəti olub: “Tezliklə komanda ilə tanış olmaq, çatışmazlıqlarımızı görmək və onların üzərində işləmək istəyirəm".

Qeyd edək ki, “Panatinaikos” Fatih Terimlə 1,5 illik müqavilə imzalanıb.

0