İngiltərədə lider dəyişdi, "Liverpul" "Nyukasl"ı səfərdə məğlub etdi
18.02.2023 - 23:36
İngiltərədə lider dəyişdi, "Liverpul" "Nyukasl"ı səfərdə məğlub etdi

İngiltərə Premyer Liqasının XXIV turunun son görüşündə "Liverpul" ardıcıl 2-ci qələbəsini 2:0-lıq hesabla qazanıb.

Apasport.az xəbər verir ki, Yürqen Kloppun yetirmələri "Nyukasl"a səfərdə qalib gəlib. Bununla da "Nyukasl" ardıcıl son 4 Premyer Liqa matçında qələbə üzünə həsrət qalıb.

İngiltərə Premyer Liqası
XXIV tur

"Aston Vila" – "Arsenal" 2:4
"Brentford" – "Kristal Pelas" 1:1
"Brayton" – "Fulhem" 0:1
"Çelsi" – "Sauthempton" 0:1
"Everton" – "Lidz" 1:0
"Notinqem" – "Mançester Siti" 1:1
"Vulverhempton" – "Bornmut" 0:1
"Nyukasl" – "Liverpul" 0:2

Qeyd edək ki, bu nəticələrdən sonra "Arsenal" "Mançester Siti"nin 1 turluq liderliyini əlindən alıb.

0