İtaliya A seriyası: “Milan”, yoxsa “İnter”?
22.05.2022 - 11:17
İtaliya A seriyası: “Milan”, yoxsa “İnter”?

İtaliya A seriyasında 2021/22 mövsümü bu gün başa çatacaq.

Apasport.az saytının məlumatına görə, XXXVIII turun son günündə çempion müəyyənləşəcək.

A seriyasının kuboku Milan şəhərinə göndəriləcək. Ancaq mükafatın “Milan”, yoxsa “İnter”ə nəsib olacağına məhz bu gün aydınlıq gələcək. 

Heç bir iddiası qalmayan “Sassuolo”nun qonağı olacaq “Milan”ı heç-heçə də qane edir. Bu halda “İnter”in “Sampdoriya”nı məğlub edərək xalları bərabərləşdirməsi də kifayət etməyəcək. Çünki “rossonyerlər” şəxsi oyunlarda əzəli rəqibini üstələyir. Bu üzdən “neradzurra” böyük sensasiyaya – “Milan”ın məğlubiyyətinə ümid etməlidir.

“Cenoa” və “Venetsiya”dan sonra elitanı kimin tərk edəcəyi də bu gün bilinəcək. “Kalyari” ilə “Salernitana”dan biri B seriyasına yuvarlanacaq. “Udineze”ni qəbul edəcək “Salernitana” qələbə qazanmasa, özünü riskə atacaq. Çünki bu görüşdəki bərabərlik və “Kalyari”nin “Venetsiya”nı məğlub etməsi xalları bərabərləşdirəcək. Bu komandalar arasında şəxsi oyunlarda da bərabərlik olduğundan, ümumi top fərqinə baxılacaq və belədə “Kalyari” elitada qalacaq. Bu səbəbdən “Salernitana” evdə qələbə qazanaraq, buna imkan verməməyə çalışacaq.

⚽  14:00. “Speziya” – “Napoli”
⚽  20:00. “İnter” – “Sampdoriya”
⚽  20:00. “Sassuolo” – “Milan”
⚽  23:00. “Salernitana” – “Udineze”
⚽  23:00. “Venetsiya” – “Kalyari”
 

0