Kriştiano Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal qazandırdı
24.05.2023 - 00:34
Kriştiano Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal qazandırdı


Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının hesabat turunu qələbə ilə başa vurub.

Apasport.az saytı xəbər verir ki, öz meydanında “Əl-Şabab”ı 3:2 hesabı ilə məğlub edən komandanın qələbə topunu portuqaliyalı hücumçu vurub.

Birinci hissənin əvvəlində qonaqlar iki dəfə fərqləniblər. Bundan sonra böyük əzmkarlıq göstərən “Əl-Nəsr” qələbə sayəsində çempionluq yarışında rəqibindən geri düşməyib.

Çempionatın lideri “Əl-İttihad” öz meydanın minimum hesablı qələbə qazanıb.

Qeyd edək ki, sona 2 tur qalmış “Əl-Nəsr” liderdən üç xal geri qalır.

28-ci tur
“Əl-Nəsr” – “Əl-Şabab” – 3:2
“Əl-İttihad” – “Əl-Batin” – 1:0
 

0