La Liqanı tərk edəcək son klub müəyyənləşir
22.05.2022 - 11:56
La Liqanı tərk edəcək son klub müəyyənləşir

İspaniya La Liqasında mövsümün son günündə 4 oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bununla elitanı tərk edəcək axırıncı komanda müəyyənləşdirəcək.

Xüsusən də, eyni vaxtda keçiriləcək son 3 matçın nəticəsi “Alaves”lə “Levante”yə kimin qoşulacağına aydınlıq gətirəcək. “Kadiz”, “Malyorka” və “Qranada” arasında elitada qalmaq uğrunda qiyabi mübarizə gedəcək. 

⚽  19:30. “Elçe” – “Xetafe”
⚽  22:00. “Alaves” – “Kadiz”
⚽  22:00. “Qranada” – “Espanyol”
⚽  22:00. “Osasuna” – “Malyorka”
 

0