La Liqanın təqvimi açıqlandı - “El Klasiko”ların tarixi dəqiqləşdi
24.06.2022 - 09:44
La Liqanın təqvimi açıqlandı - “El Klasiko”ların tarixi dəqiqləşdi

İspaniya La Liqasında 2022/23 mövsümünün təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yeni mövsüm avqustun 12-14-də keçiriləcək oyunlarla start götürəcək.

Son çempion “Real” açılış turunda debütant “Almeriya”nın qonağı olacaq. “Kral klubu”nun əzəli rəqibi “Barselona” isə mövsümə öz meydanında “Rayo Valyekano” ilə qarşılaşaraq start verəcək. Birinci turda “Atletiko” “Xetafe” ilə, “Sevilya” isə “Osasuna” ilə səfərdə üz-üzə gələcək.

Həmçinin “El Klasiko”nun tarixləri də məlumdur. “Real”la “Barselona” ilk olaraq IX tur çərçivəsində görüşəcək. Oktyabrın 16-na təsadüf edəcək həmin duel “Santyaqo Bernabeu”da baş tutacaq. XXVI turun “Barselona” – “Real” matçı isə gələn il martın 19-da olacaq.

O ki qaldı Madrid derbilərinə, sentyabrın 18-də “Atletiko” “Vanda Metropolitano”da (VI tur) qonaq edəcəyi “Real”la səfərdə fevralın 26-da (XXIII tur) qarşılaşacaq.

İspaniya La Liqasında mövsüm gələn il iyunun 4-də yekun vurulacaq.

0