“Liverpul” İngiltərə Kubokunda mərhələ adlayıb
15.02.2026 - 02:03
“Liverpul” İngiltərə Kubokunda mərhələ adlayıb

İngiltərə Kubokunda IV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Liverpul" öz meydanında "Brayton"u sınağa çəkib.

Mersisaydlılar rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0. "Liverpul"un heyətində Məhəmməd Salah, Dominik Soboslay və Kertis Cons fərqləniblər.

Qeyd edək ki, IV tura martın 3-də yekun vurulacaq.