"Liverpul" Londonda büdrədi
26.02.2023 - 01:49
"Liverpul" Londonda büdrədi

İngiltərə Premyer Liqasının XXV turunun daha bir görüşü keçirilib.

Apasport.az xəbər verir ki, "Kristal Pelas" Londonda "Liverpul"u qəbul edib. Görüşdə qol orucu pozulmayıb.

Bununla da "Kristal Pelas"ın bütün turnirlər daxil olmaqla, qələbəsiz oyunlar seriyası 9-a çatıb. London klubu son 3 matçdır ki, heç-heçə edir.

Son 2 Premyer Liqa matçında qalib gəlmiş "Liverpul" bu dəfə 3 xala həsrət qalsa da, komandanın qapısını toxunulmaz saxlaması diqqətləri üzərinə çəkib. Çempionlar Liqasında "Enfild"də "Real"dan 5 top buraxmasına baxmayaraq, Yürqen Kloppun yetirmələri son 3 çempionat matçında qapısını toxunulmaz saxlamağı bacarır.

0