London derbisinin qalibi “Arsenal” oldu
16.03.2025 - 19:27
London derbisinin qalibi “Arsenal” oldu

İngiltərə Premyer Liqasında XXIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında azarkeşlər London derbisinə şahidlik edib.

"Çelsi" səfərdə "Arsenal"la qarşılaşıb. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun digər matçında "Fulhem" öz meydanında "Tottenhem"i 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

İngiltərə Premyer Liqası
XXIX tur

17:30. “Arsenal” - “Çelsi” - 1:0
17:30. “Fulhem” - “Tottenhem” - 2:0