"Mançester Siti" mövsümə qələbə ilə başladı
18.08.2024 - 21:40
"Mançester Siti" mövsümə qələbə ilə başladı

Bu gün İngiltərə Premyer Liqasında ilk turun daha iki qarşılaşması keçirilib.

Apasport.az xəbər verir ki, birinci turun üçüncü oyun günündə iki matç baş tutub.

Əvvəlcə "Brendford" evdə "Kristal Palas"ı qəbul edib. Meydan sahibləri Y. Vissa və B. Mbeumonun qolları ilə qələbə qazanıb. Qonaqların yeganə qolunu isə E. Pinnok öz qapısından keçirib - 2:1.

Günə Londonda yekun vurulub. "Çelsi" evində son çempion "Mançester Siti"ni qəbul edib. Qonaqlar M. Kovaçiç və E. Haalandın qolları ilə 0:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Premyer Liqada birinci tura sabah "Lester Siti" - "Tottenhem" oyunu ilə yekun vurulacaq.

0