"Mançester Siti"dən böyükhesablı qələbə, Madrid derbisində sülh
25.02.2023 - 23:31
"Mançester Siti"dən böyükhesablı qələbə, Madrid derbisində sülh

Avropanın Top-5 ölkə çempionatlarında maraqlı qarşılaşmalardan bəziləri bu gün baş tutub.

Apasport.az xəbər verir ki, "Arsenal"ı qarabaqara izləyən "Mançester Siti" İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində səfərdə "Bornmut"u 4:1 məğlub edib.

İspaniya LaLiqasının XXIII turu çərçivəsində "Real" Madrid derbisində əzəli rəqiblərindən olan "Atletiko"nu qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

İtaliya çempionatının lideri "Napoli" XXIV turda səfərdə "Empoli"ni məğlub edib – 2:0.

Dortmund "Borusiya"sı XXII turda səfərdə "Hofenhaym"dan üstün olub – 1:0. Bununla da Dortmund təmsilçisi liderliyi ələ keçirib.

"Lion" Fransa çempionatının XXV turunda səfərdə "Anje"ni 3:1 məğlubiyyətə uğradıb.  

0