“Mançester Yunayted” Erik ten Haqı yola salmağa hazırlaşır
13.12.2023 - 21:13
“Mançester Yunayted” Erik ten Haqı yola salmağa hazırlaşır

 

“Mançester Yunayted” rəhbərliyi komandanın Çempionlar Liqasındakı uğursuzluğuna görə baş məşqçi Erik ten Haqı istefaya göndərə bilər.

Apasport.az “Relevo”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qrup mərhələsindəki 6 turdan sonra cəmi 4 xal toplayıb və avrokuboklarla vidalaşıb. Həmçinin, komandanın Premyer Liqada 16 oyundan sonra 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşması da rəhbərliyi qane etmir.

 

Artıq Ten Haqın əvəzləyicisi də müəyyənləşib. Klub ispaniyalı mütəxəssis Xulen Lopeteqinin xidmətində maraqlıdır. Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan ayrılıb və hazırda klubsuzdur. 

Qeyd edək ki, Ten Haq ötən ilin yayından “Mançester Yunayted”in baş məşqçisidir.

0