“Mançester Yunayted” son dəqiqələrdə sevindi
17.08.2024 - 00:55
“Mançester Yunayted” son dəqiqələrdə sevindi

Bu gün İngiltərə Premyer Liqasının yeni mövsümünün açılış matçı baş tutub.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" "Fulhem"i qəbul edib.

"Qırmızı şeytanlar" rəqibin müqavimətini görüşün 87-ci dəqiqəsində qırmağı bacarıb. 61-ci dəqiqədə Meyson Mountu əvəzləyən yeni transfer Coşua Zirkzee fərqlənməklə komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, Premyer Liqanın ilk turuna avqustun 18-i yekun vurulacaq.

0