“Mançester Yunayted”ə bir qol kifayət etdi
15.08.2023 - 00:58
“Mançester Yunayted”ə bir qol kifayət etdi

“Mançester Yunayted” İngiltərə Premyer Liqası ilk turunu qələbə ilə başa vurub.

Apasport.az saytl xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhempton”a qalib gəliblər.

“Old Trafford” stadionunda keçirilən qarşılaşmada bir qol vurulub. Qolu komandanın müdafiəçiləri təşkil ediblər. Van Bissakanın ötürməsindən sonra Varan fərqlənib.

İngiltərə Premyer Liqası
1-ci tur
14 avqust

“Mançester Yunayted” – “Vulverhempton” – 1:0
 

0