“Mançester Yunayted”in darmadağınına ağlasığmaz MƏRC
06.03.2023 - 17:33
“Mançester Yunayted”in darmadağınına ağlasığmaz MƏRC

İngiltərə Premyer Liqasının “Liverpul” - “Mançester Yunayted” oyunu bukmeker kontorlarından birində böyük uduşla nəticələnib.

Apasport.az saytının məlumatına görə, Cordan Ettvard adlı müştəri ağlasığmaz mərc edib.

O, “Liverpul”un 7:0 hesabı ilə qalib gəldiyi görüşə 4 təxmin irəli sürüb. Cordan bu kupona 1 funt sterlinq yatırıb.

Better iki futbolçunun hər birinin ən azı 2 qol vuracağına mərc gəlib. Məhəmməd Salah və Darvin Nunyes dubla imza ataraq onu yanıltmayıb.

Müştəri iki oyunçunun sarı vərəqəsini də təxmin edib. Lisandro Martines və Fabinyonun xəbərdarlıq alması onu sevindirib.

Nəticədə 1001 əmsallıq kupon uduşlu olub. Cordan 1 funtun qarşılığında 1001 funt uduş götürüb.

0