Messi vurdu, komandası qələbə qazandı
17.08.2025 - 12:05

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti görüşünü keçirib.
Apasport.az xəbər verir ki, komanda "Los Anceles Qalaksi" ilə üz-üzə gəlib.
"İnter Mayami" bu matçda rəqibini 3:1 məğlub edib. Jordi Alba, Lionel Messi və Luis Suarezin vurduğu qollar "İnter Mayami"yə qələbə qazandırıb.
Qeyd edək ki, komanda 24 turdan sonra topladığı 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
0
0