“Monako” iki penalti qaçırdı, “Nitsa” qazandı
23.09.2023 - 01:07
“Monako” iki penalti qaçırdı, “Nitsa” qazandı

“Nitsa” Fransa çempionatında ardıcıl 3-cü qələbəsini əldə edib.

Apasport.az saytı xəbər verir ki, komanda səfərdə “Monako”ya qalib gəlib.

Hər iki tərəf bu görüşədək məğlubiyyət acısı yaşamamışdı. Meydan sahibləri qələbəyə çox yaxın olublar. Hakim iki dəfə “Nitsa”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və hər iki cəhddə Baloqun bu şansdan istifadə edə bilməyib. Əvəzində qonaqlar son dəqiqədə matçın taleyini həll edə qolu vurublar.
  
Fransa 1-ci Liqası
6-cı tur

23 sentyabr
“Monako” – “Nitsa” – 0:1

0