"Napoli"nin futbolçusu Almaniya klubuna keçir
21.12.2023 - 22:46
"Napoli"nin futbolçusu Almaniya klubuna keçir

"Leyptsiq" "Napoli"nin futbolçusunu transfer etməyi planlaşdırır.

Apasport.az “Tuttosport”a istinadən xəbər verir ki, 2022/2023 mövsümündə Neapol klubunun heyətində İtaliya çempionu olmuş Ferdi Elmas Almaniyaya köçə bilər.

Şimali Makedoniya millisinin yarımmüdafiəçisi özü dəyişikliyə və yeni təcrübəyə hazırlaşır.

“Leyptsiq” qarşı tərəfə 25 milyon avro təklif edib. Elmas 2019-cu ilin yayında "Fənərbaxça"dan "Napoli"yə keçib.

Qeyd edək ki, o, bu mövsüm bütün turnirlər daxil olmaqla 16 oyun keçirib, 2 qol vurub və 2 sarı vərəqə ilə cəzalandırılıb. 

Onun "Napoli" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

0