“Nyukasl”dan 5 qollu başlanğıc
12.08.2023 - 22:36
“Nyukasl”dan 5 qollu başlanğıc

Bu gün İngiltərə Premyer Liqasının altı oyunu keçirilib.

Apasport.az-ın məlumatına görə, “Arsenal” öz meydanında qələbə qazanıb.

“Topçular” “Nottingem Forest”ə qalib gəliblər. Birinci hissədə iki qol vuran meydan sahibləri üstünülüyü sonadək qoruya biliblər. Qonaqlar buraxılan toplardan yalnız birinin əvəzini çıxa biliblər.

Debütant “Luton” səfərdə 1:4 hesabı ilə uduzub. Komanda “Brayton”a müqavimət göstərə bilməyib. “Nyukasl” – “Aston Villa” görüşündə qapılara 6 top vurulub. Meydan sahiblərinin beş qoluna qonaqlar bir dəfə cavab veriblər.

İngiltərə Premyer Liqası
1-ci tur
12 avqust

“Arsenal” – “Nottingem Forest” – 2:1
“Bornmut” – “Vest Hem” – 1:1
“Brayton” – “Luton” – 4:1
“Everton” – “Fulhem” – 0:1
“Şeffild Yunayted” – “Kristal Pelas” – 0:1
“Nyukasl” – “Aston Villa” – 5:1
 

0