İngiltərə Premyer Liqasında XIX tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Vest Hem" öz meydanında "Brayton"la üz-üzə gəlib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Everton" "Nottingem Forest"i 2 cavabsız qolla məğlub edib - 2:0.
Günün ən kritik matçında lider "Arsenal" doğma meydanda Emerinin "məğlubedilməz" "Aston Villa"sını ikinci hissədə vurduğu qollarla darmadağın edib: 4:1.
"Çelsi" "Bornmut"la bacarmayıb: 2:2.
"Mançester Yunayted" isə "Old Trafford"da "Vulverhempton"a "diş keçirə bilməyib" - 1:1.
İngiltərə Premyer Liqası
XIX tur
23:30. “Vest Hem” - “Brayton” - 2:2
23:30. “Çelsi” - “Bornmut” - 2:2
23:30. “Nottingem Forest” - “Everton” - 0:2
23:30. “Börnli” - “Nyukasl” - 1:2
00:15. "Arsenal" - "Aston Villa" - 4:1
00:15. "M. Yunayted" - "Vulverhempton" - 1:1