Premyer Liqanın çempionu AÇIQLANDI
26.04.2023 - 18:48
Premyer Liqanın çempionu AÇIQLANDI

İngiltərə Premyer Liqası ilə bağlı ehtimal açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “FiveThirtyEight” superkompüteri mövsümün yekunlarını proqnozlaşdırıb.

Süni intellekt “Mançester Siti”ni çempion hesab edir. “Şəhərlilər”in çempionluq şansı 77 faizdir. Hazırda lider olan “Arsenal”da bu rəqəm 23 faizə bərabərdir.

Premyer Liqanı tərk edəcək komanda adına əsas namizədlər “Sauthempton” (88 faiz) və “Nottinhem Forest”dir (83 faiz). “Everton”da bu rəqəm 58 faizlə qiymətləndirilir.

Qeyd edək ki, 75 xala malik “Arsenal” çempionatın lideridir. İki oyun az keçirən mançesterlilərin hesabında 70 xal var.

0