PSJ xal itirdi, “Marsel”dən əzmkar qələbə
13.08.2023 - 01:13
PSJ xal itirdi, “Marsel”dən əzmkar qələbə

Fransa 1-ci Liqasında iki oyun baş tutub.

Apasport.az saytı xəbər verir ki, PSJ öz meydanında xal itkisi yaşayıb.

Yeni baş məşqçi Luis Enrikenin rəhbərliyi ilə ilk rəsmi oyununda Paris klubu “Loryen”in müqavimətini qıra bilməyib. Mbappe, Messi, Neymarsız PSJ rəqib qapısına yol tapa bilməyib.
Günün ilk matçında “Marsel” əzmkar qələbə qazanıb. Erkən qol buraxan marsellilər vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. Vitinya 73-cü dəqiqədə qələbə qolunu vurub.

Fransa 1-ci Liqa 
1-ci tur
12 avqust

“Marsel” – “Reyms” – 2:1
PSJ – “Loryan” – 0:0
 

0