“Qalatasaray” üç xalı üç qolla qazandı
03.09.2023 - 00:53
“Qalatasaray” üç xalı üç qolla qazandı

Türkiyə çempionu böyükhesablı qələbə qazanıb.

Apasport.az-ın məlumatına görə, “Qalatasaray” səfərdə “Qaziantep”in qapısından 3 cavabsız top keçirib.

İkardi və Kerem oyunun qəhrəmanı olublar. Argentinalı hücumçu iki, türkiyəli futbolçu isə bir dəfə fərqlənib. Bütün görüşlərdə uduzan “Qaziantep” sonuncu pillədə qərarlaşıb. 

“Başakşəhər” mövsümün xal qazanmayan ikinci komandasıdır. Emre Belozoğlunun komandası öz meydanında “Konyaspor”a uduzub.

Türkiyə Super Liqası
4-cü tur
2 sentyabr

“Başakşəhər” – “Konyaspor” – 0:1
“Pendikspor” – “Alanyaspor” – 1:1
“Antalyaspor” – “Kayserispor” – 1:1
“Qaziantep” – “Qalatasaray” – 0:3
 

0