“Qonşular”ın formal dueli
21.05.2022 - 10:34
“Qonşular”ın formal dueli

Bu gün İspaniya La Liqasında XXXVIII turun bir oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, “Valensiya” ilə “Selta” mövsümə bir-birilərinə qarşı matçla yekun vuracaqlar.

Çempionatda heç bir iddiası qalmayan ortababların dueli formal xarakter daşıyır.

Qələbə təqdirində ən yaxşı halda “Selta” bir, “Valensiya” isə iki pillə irəliləyə bilər. “Yarasalar” doğma “Mestalya”da 3 xal qazanaraq, turnir cədvəlindəki “qonşu”sunu qabaqlamağa çalışacaq.

⚽  19:30. “Valensiya” – “Selta”
 

0