Arda Güler oynadı, "Real" qələbə qazandı
30.03.2025 - 02:00

İspaniya La Liqasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında "Real Madrid" öz meydanında "Leqanes"i qəbul edib.
Gərgin keçən qarşılaşmanın ilk hissəsini qonaqlar qalib başa vursalar da, "kral klubu" sonda əzmkar oyun sərgiləyərək, rəqibini üstələməyi bacarıb.
Türkiyə millisinin ulduzu Arda Güler isə matça start heyətdə başlayıb və 62 dəqiqə meydanda qalıb.
Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İspaniya La Liqası
XXIX tur
23:45. “Real Madrid” - “Leqanes” - 3:2
0
0