“Real”dan görünməmiş çempionluq
23.05.2022 - 09:28
“Real”dan görünməmiş çempionluq

İspaniya La Liqası başa çatıb.

Apasport.az saytının məlumatına görə, çempionluğu öncədən təmin edən “Real” mövsümü 86 xalla başa vurub.

Karlo Ançelottinin yetirmələri ikinci pillədəki “Barselona”nı 13 xal qabaqlayıb. Kataloniya klubu mövsümdə 73 xal yığıb.

Bu, “Real”ın tarixində yeni rekorddur. “Kral klubu” indiyədək heç vaxt belə böyük fərqlə çempion olmamışdı. Madridlilər özünün ən böyük fərqlə çempionluğunu bayram edib.

Bunadək “Real”ın ən böyük üstünlüyü 12 xala bərabər olub. 1961,1963 və 1975-ci illərdə madridlilər ikinci yeri 12 xallıq fərqlə geridə qoyub.
 

0