"Roma" Raffaele Palladinonu "sükan arxasına" gətirir?
01.12.2023 - 23:15
"Roma" Raffaele Palladinonu "sükan arxasına" gətirir?

“Roma” klubu çalışdırıcısı Joze Mourinyonu “Montsa”nın baş məşqçisi Raffaele Palladino ilə əvəzləmək istəyir.

Apasport.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Palladino A Seriyasının ən gənc məşqçisidir. O, 2022-ci ildən “Montsa”da işləyir və ötən mövsüm komandanın kəşflərindən biri olub.

Palladino klubdan ayrılarsa, onu “Cenoa”nın baş məşqçisi Alberto Qilardino əvəz edəcək.

0