“Sivasspor” tarixində ilk dəfə Türkiyə kubokunu qazandı
27.05.2022 - 00:25
“Sivasspor” tarixində ilk dəfə Türkiyə kubokunu qazandı

Türkiyə kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul Atatürk Olimpiya Stadionunda final oyunu keçirilib.

Həlledici qarşılaşmada tarixində ilk dəfə finala yüksələn “Sivasspor”la ikinci dəfə həlledici görüşdə iştirak hüququ əldə edən “Kayserispor” üz-üz gəlib.

Son uğuru 2007/08 mövsümündə məhz Türkiyə kubokunu qazanmaq olan Kayseri klubu 14 il əvvəlki nailiyyətini təkrarlaya bilməyib. Matçın 90 dəqiqəsi 1:1 hesablı bərabərliklə nəticələndiyindən, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Əlavə vaxt daha məhsuldar alınıb. Kayserililərin 1 qoluna 2 topla qarşılıq verən “Sivasspor” 3:2 hesablı qələbə qazanıb.

Bununla Sivas təmsilçisi 60-cı dəfə təşkil olunan Türkiyə kubokunu ilk dəfə muzeyinə aparıb.

0