“Ştutqart” lider mövqeyinə yüksəldi
23.09.2023 - 00:32
“Ştutqart” lider mövqeyinə yüksəldi

Almaniya Bundesliqasının 5-ci turuna “Ştutqart” – “Darmstadt” oyunu start verilib.

Apasport.az saytı xəbər verir ki, meydan sahibləri inamlı qələbə qazanıblar.

Hesabı avtoqolla qonaqlar açsalar “Ştutqart” fasiləyədək iki dəfə fərqlənib. İkinci hissədə daha bir qol vuran meydan sahibləri 5-ci oyunda dördüncü qələbəni qazanıblar. Qazanılan 3 xal komandanı lider mövqeyinə yüksəldib.

Almaniya Bundesliqası
5-ci tur
23 sentyabr

“Ştutqart” – “Darmstadt” – 3:1
 

0