“Valensiya” Sevilya səfərindən üç xalla döndü
12.08.2023 - 02:07
“Valensiya” Sevilya səfərindən üç xalla döndü

İspaniya La Liqasının ilk turunun iki oyunu keçirilib.

Apasport.az-ın məlumatına görə, görüşlər qonaqların üstünlüyü ilə keçib. 

Açılış matçında “Rayo Valekano” səfərdə “Almeriya”ya qalib gəlib. Qonaq komanda birinci hissədə iki penaltidən istifadə edərək, oyunun taleyini həll edib. 

Turun ən maraqlı görüşündə Sevilyada olub. “Sevilya” – “Valensiya” qarşılaşmasında qonarlaq meydanı 3 xalla tərk ediblər. “Yarasalar” qələbə topunu 89-cu dəqiqədə vurublar.

İspaniya La Liqa
1-ci tur
11 avqust
“Almariya” – “Rayo Valekano” – 0:2
“Sevilya” – “Valensiya” – 1:2

 

0