“Valensiya”dan növbəti 3 xal
19.08.2023 - 01:39
“Valensiya”dan növbəti 3 xal

İspaniya La Liqası 2-ci turuna iki oyunla start verilib.

Apasport.az saytı xəbər verir ki, “Valensiya” öz meydanında, “Vilyarreal” isə səfərdə üç xal qazanıb.

İlk turda səfərdə “Sevilya”ya qalib gələn “yarasalar” bu dəfə “Las-Palmas”ı məğlubiyyətə uğradıblar. Qarşılaşmanın taleyini bir qol həll edib. Pepelu 84-cü dəqiqədə penaltidən fərqlənib.

“Vilyarreal” da minimum hesablı qələbə qazanıb. Moreno ikinci hissədə qələbə topunun müəllifi olub.

Qeyd edək ki, turun digər görüşləri bu gün və sabah keçiriləcək.

İspaniya La Liqası
2-ci tur
18 avqust

“Malyorka” – “Vilyarreal” – 0:1
“Valensiya” – “Las-Palmas” – 1:0
 

0