XXI əsrdə ən çox azarkeşə sahib 10 KLUB
10.07.2022 - 12:48
XXI əsrdə ən çox azarkeşə sahib 10 KLUB

XXI əsrdə ən çox azarkeş dəstəyi altında oyunlara çıxan klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “ThePopFoot” ev matçlarında orta hesabla bir oyununa ən çox tamaşaçı toplaşan 10 komandanı müəyyənləşdirib.

Siyahıya Dortmund “Borussiya”sı başçılıq edir. 80 min 720 tamaşaçı tutumuna malik olan “Siqnal İduna Park”da 2001-ci ildən bəri keçirilən matçlarda möhtəşəm atmosfer olub.

Azarkeşlərinə görə ən çox öyünəcək ikinci komanda “Real”dır. İlk “üçlüy”ü isə “Mançester Yunayted” qapayır.

1. “Borussiya”, Dortmund
“Siqnal İduna Park”ın tutumu -  80 min 720
Orta hesabla hər oyuna toplaşan tamaşaçı - 76 min 155

2. “Real”
“Santyaqo Bernabeu”nun tutumu -  81 min 44
Orta hesabla hər oyuna toplaşan tamaşaçı - 70 min 016

3. “Mançester Yunayted”
“Old Trafford”un tutumu -  74 min 140
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  69 min 488

4. “Barselona” 
“Nou Kamp”ın tutumu -  99 min 354
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  68 min 864

5. “Bavariya”
“Allianz Arena”nın tutumu -  75 min
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  66 min 234

6. “Şalke”
“Veltins-Arena”nın tutumu -  62 min 271
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  60 min 456

7. “Arsenal”
“Emireyts”in tutumu -  60 min 704
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  53 min 372

8. “İnter”
“Cüzeppe Meatsa”nın tutumu -  75 min 923
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  51 min 853

9. “Seltik”
“Seltik Park”ın tutumu -  60 min 411
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  51 min 802

10. “Hamburq”
“Volksparkstadion”un tutumu -  57 min
Orta hesabla hər oyuna toplaşan tamaşaçı -  51 min 341
 

0