19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda iştirak edən Azərbaycan yığması bu gün növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri Fransadakı 2-ci qarşılaşmasında İngiltərə ilə üz-üzə gəlib.
Birinci oyunda meydan sahiblərinə uduzan (2:0) komandamız ilk 3 xal qazanmaq istəyirdi. Lakin millimiz yenə məğlub olub. Komandamız bu dəfə 1 qola üzülüb – 1:0.
Qupun digər görüşündə Danimarka Fransa ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri rəqibini 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, ilk matçda İngiltərə Danimarkaya 3:2 hesabı ilə qalib gəlib.
28 mart
Danimarka – Fransa - 0:2
Qollar: Quyrassi, 42; 65
Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Andrea Krispo, Marko Quida (hər ikisi İtaliya)
Flers. “Stad de Haz” stadionu
İngiltərə – Azərbaycan - 1:0
Qol: Smit-Braun, 37
Hakimlər: Adrien Yakkottet, Vital Yobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)
Bayo. "Anri Jane" stadionu
1. |
Fransa |
2 |
2 |
0 |
0 |
4:0 |
6 |
2. |
İngiltərə |
2 |
2 |
0 |
0 |
4:2 |
6 |
3. |
Danimarka |
2 |
0 |
0 |
2 |
2:5 |
0 |
4. |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |