[b]Millimizdən növbəti qələbə [/b]
12.04.2015 - 18:22
[b]Millimizdən növbəti qələbə [/b]

Bakıda keçirilən UEFA-nın İnkişaf turnirində  II turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların yarışında Azərbaycan yığması növbəti qələbəsini qazanıb.

 

Belə ki, “Bayıl” stadionunda millimiz Gürcüstanı 2:1 hesabı ilə məğlub edib. “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmalarının görüşü 6:1 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb.

 

Qeyd edək ki, bir gün öncə ilk turda isə Azərbaycan Qazaxıstanı böyükhesablı məğlubiyyətə uğradıb (4:0). Yarışın açılış oyununda Gürcüstan 2 cavabsız qolla Yunanıstana qalib gəlib.

 

 

N

Komandalar

O

Q

H

M

T-F

X

1

Azərbaycan

2

2

0

0

6:1

6

2

Gürcüstan

2

1

0

1

3:2

3

3

Yunanıstan

2

1

0

1

6:3

3

4

Qazaxıstan

2

0

0

2

1:10

0

 

 

 


 

 

 

0