“İnter” slovakiyalı futbolçu ilə anlaşdı
04.07.2015 - 17:46
Milanın “İnter” klubu “Legiya”nın hücumameyilli yarımmüdafiəçisi Ondrey Dudanın keçidini həll edib. Apasport.az saytının “Football İtalia”ya istinadən verdiyi məlumata görə, “neradzurra” slovakiyalı futbolçunun transferi üçün polşalılara 5 milyon avro ödəyib.
20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Slovakiya milli komandası ilə 3 oyunda 1 qol vurmağa müvəffəq olmuş Duda, ötən mövsüm “Legiya” ilə meydana çıxdığı 39 matçda 8 dəfə fərqlənib.
0
0