UEFA Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda 5-ci matçına çıxıb.
Öz meydanında "Tottenhem"lə qarşılaşan ağdamlılar qarşılaşmadan minimal hesablı məğlubiyyətlə ayrılıb. İlk hissədə bir neçə şansı qola çevirə bilməyən hər iki komanda fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə də bir neçə şans yaxalayan Qurban Qurbanovun yetirmələri fürsətlərdən istifadə edəbilməyib və 78-ci dəqiqədə qonaqların fərqlənməsinin qarşısını almaq mümkün olmayıb. Künc zərbəsindən sonra Harri Keyn topu qapımızdan keçirib.
Matçın gedişind başqa qol olmayıb və təmsilçimiz oyunu məğlubiyyətlə başa vuraraq, qrupda sonuncu pilləyə düşüb.
Qeyd edək ki, londonlular bu qələbə ilə sona bir tur qalmış qrupdan çıxmağı dəqiqləşdiriblər.
UEFA Avropa Liqası, qrup mərhələsi
V tur
26 noyabr
J qrupu
“Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) - 0:1
Qol: Keyn, 78
Baş hakim: Anastasios Sidiropulos
Baş hakimin köməkçiləri: Damianos Eftimiadis, Polkronis Kostaras
Dördüncü hakim: Lazaros Dimitriadis Əlavə hakim köməkçiləri: Mixael Kukulakis, Stavros Tritsonis (hamısı Yunanıstan)
UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 29. Raydel Pupon
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 70. Çumbinyo, 90. Samuel Armenteros
Baş məşqçi: Qurban Qurbanov
“Tottenhem”: 1. Huqo Lloris, 4. Tobi Alderveyld, 5. Jan Vertongen, 15. Erik Dayer, 16. Kieren Triper, 33. Ben Deyvis, 8. Rayan Meyson, 20. Dele Alli, 23. Kristian Eriksen, 7. Son Hyun Min, 10. Herri Keyn
Ehtiyat oyunçular: 13. Miçel Vorm, 27. Kevin Uimmer, 14. Klinton Niye, 17. Andres Tounsend, 25. Coşua Onomoa, 28. Tom Kerrol, 29. Herri Vinks
Baş məşqçi: Mourisio Pokettino
1. |
Tottenhem |
5 |
3 |
1 |
1 |
8:5 |
10 |
2. |
Anderlext |
5 |
2 |
1 |
2 |
6:5 |
7 |
3. |
Monako |
5 |
1 |
3 |
1 |
4:5 |
6 |
4. |
Qarabağ |
5 |
1 |
1 |
3 |
3:6 |
4 |