Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən “Azərreyl” Rusiyada Kazan “Dinamo”sunun qonağı olub.
Çətin səfər matçına olduqca uğursuz başlayan təmsilçimiz ilk setdə cəmi 9 xal qazana bilib. İkinci və üçüncü setlərdə nisbətən özünə gələn və rəqibinə müqavimət göstərməyə çalışan "dəmiryolçular"ın gücü bundan artığına çatmayıb.
Komandamız səfərdən 0:3 hesablı məğlubiyyətlə dönür.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur
A qrupu
26 noyabr
“Dinamo” (Kazan, Rusiya) - “Azərreyl” (Azərbaycan) - 3:0 (25:9, 25:21, 25:20)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Yura Mokri (Slovakiya)
Kazan, Sankt-Peterburq Sarayı
1 |
Dinamo |
3 |
3 |
0 |
9-1 |
248-199 |
9 |
2 |
Lokomotiv |
3 |
2 |
1 |
7-4 |
262-232 |
6 |
3 |
Azərreyl |
3 |
1 |
2 |
4-6 |
206-231 |
3 |
4 |
Ştutqart |
3 |
0 |
3 |
0-9 |
171-225 |
0 |