Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ın rəqibi olacaq Belçika “Anderlext” qarşılaşmaya ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Stiven Defur dekabrın 10-da Brüsseldə keçiriləcək qarşılaşmanı buraxmalı olacaq.
Buna səbəb 27 yaşlı futbolçunun cəzalı duruma düşməsidi. Avropa Liqasının əsas mərhələsində 3-cü sarı vərəqəni alan Belçika yığmasının üzvü son turda iştirak edə bilməyəcək.
Ötən il “Porto”dan transfer olunan Stiven qrupda keçirdiyi 5 matçdan üçündə cəzalanıb. O, “Qarabağ”la II turun Bakıdakı görüşündə və “Monako” ilə hər iki qarşılaşmada sarı vərəqə alıb. V turdakı cəza isə ona son matçda “istirahət” qazandırıb.