Yaponiyada qadın voleybolçular arasında “Qara Qartal” kubokunda (Kurowashiki Cup) 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Toray” klubu ilə üz-üzə gəlib.
Qrup mərhələsini məğlubiyyətsiz başa vuran təmsilçimizin komandası bu dəfə də uğurlu seriyasını davam etdirib. “Toyota” rəqibinə set vermədən qalib gəlib – 3:0 (25:21; 25:22; 25:14).
Rəhimovanın komandası yarımfinalda “Hitaçi” – JT cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/2 final mərhələsinin oyunları sabah keçiriləcək.