Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan Avropa çempionatları tarixinin ən güclü hesab etdiyi “11-liy”ini açıqlayıb. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Barselona”nın üzvü həmin heyətə öz ölkəsindən heç bir oyunçunun adını daxil etməyib.
Əvəzində Ardanın tərtib etdiyi “11-lik”də İspaniya və Fransadan 3, İtaliyadan 2, Hollandiya, Almaniya və Portuqaliyadan isə 1 futbolçu qərarlaşıb.
Qapıçı: Canluici Buffon (İtaliya)
Müdafiəçilər: Lilian Türam (Fransa), Frants Bekkenbauer (Almaniya), Karles Puyol (İspaniya), Paolo Maldini (İtaliya)
Yarımmüdafiəçilər: Xavi Ernandes, Andres İnyesta (hər ikisi İspaniya), Zinəddin Zidan (Fransa)
Hücumçular: Kriştianu Ronaldo (Portuqaliya), Marko van Basten (Hollandiya), Tyerri Anri (Fransa)