[b]AÇ-2016: Son 1/8 finalın da hakimləri bilindi[/b]
26.06.2016 - 18:02
AÇ-2016-nın sonuncu 1/8 final matçı olan İngiltərə - İslandiya görüşünün də hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Damir Skominaya Yure Praprotnik və Robert Vukan köməklik edəcək.
AÇ-2016
1/8 final
27 iyun
23:00. İngiltərə - İslandiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Nitsa. Nitsa şəhər stadionu.
0
0