Rio-2016-da çıxış edəcək Kanada millisinin tam heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi avarçəkən Lesli-Tompson Uilli bu dəfə də yarışın iştirakçısı olacaq.
Bu, səkkiz nəfərlik qayıqda sükançı olan 56 yaşlı veteran üçün 8-ci olimpiadadı. Bununla da o, yarışın rekordçuları arasına daxil olacaq.
Lesli ikinci qadın idmançıdı ki, 8-ci dəfə dördilliyin yarışına qatılacaq. Onadək AFR və İtaliya millilərində çıxış edən baydarkaçı Yozefa İdem 8 turnirin iştirakçısı olmuşdu.
Qeyd edək ki, olimpiadaların mütləq rekordçusu da kanadalıdı. Atçılıq idmanında çıxış edən İan Miller 10 yarışda qüvvəsini sınayıb.