Rio-2016: Boltdan 7-ci qızıl medal
15.08.2016 - 09:09
Əfsanəvi yamaykalı atlet Useyn Bolt 7-ci dəfə Olimpiya çempionu olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən sürətli idmançısı sayılan mərkəzi amerikalı Rio-2016-da bu statusu doğruldub.
O, 100 m məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyub. Bolt 9,81 saniyə nəticə göstərib. Yamaykalı ABŞ-dan olan rəqibi Castin Qatlini 0,08 saniyə qabaqlayıb. Kanadalı Andre de Qraas 9,91 saniyə nəticə ilə bürünc medal qazanıb.
Qeyd edək ki, Pekin-2008 və London-2012-nin hərəsində 3 qızıl medal qazanan Bolt qısa məsafələrə qaçışda heç kimə uduzmayıb.
0
0