Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, IV tur 1 qarşılaşma ilə başlayıb.
Günün yeganə matçında “Azəryol” “Telekom”la üz-üzə gəlib. Qarşılaşmada Zoran Qayiçin yetirmələri favorit olsalar da, “Azəryol” asanlıqla təslim olmayıb.
Eldar Yusubovun yetirmələrinin I dövrədə olduğu kimi, rəqibinə çətin anlar yaşatsa da, yekunda qalib gələ bilməyiblər. İlk iki seti "Telekom" qazanıb. Üçüncü hissədə isə möhtəşəm mübarizə gedib. "Azəryol" rəqibini 31:29 hesabı ilə məğlub edib. 4-cü seti də "yolçəkənlər" qazanaraq qarşılaşmanın taleyinin tay-brekdə həll olunmasına nail olublar. Ancaq onların gücü bundan artığına çatmayıb. Həlledici mərhələdə 15:6 hesabı ilə qalib gələn "rabitəçilər" qələbəni bayram ediblər.
Qeyd edək ki, turun “Lokomotiv” – “Azərreyl” matçı təxirə salınıb. Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı.
IV tur
19 noyabr
“Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)
“Azərreyl” Voleybol Mərkəzi
İlk dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
Telekom |
4 |
4 |
0 |
12-5 |
400-326 |
10 |
Azərreyl |
3 |
2 |
1 |
8-5 |
287-238 |
6 |
Azəryol |
4 |
1 |
3 |
8-9 |
350-367 |
5 |
Lokomotiv |
3 |
0 |
3 |
0-9 |
119-225 |
0 |
Gürcüstan |
0 |
0 |
0 |
0 |
0 |
0 |