Rio Olimpiadasının taekvondo yarışının qalibi Radik İsayevin apasport.az saytına müsahibəsi
- Bir neçə gündən sonra 2016-cı il tarixin yaddaşına qovuşacaq. Artıq idmanla bağlı hər şey yekunlaşdığından arxada qalan ilin necə dəyərləndirərdiz?
- Bu Olimpiya tsikli mənim üçün çox uğurla başa çatdı. Dünya çempionatı, Avropa Oyunları, Avropa çempionatı və Olimpiya Oyunları yığmamız üçün uğurlar baxımından məhsuldar alındı. Bu üzdən təkcə 2016-cı ili deyil, 4 illiyi müsbət qiymətləndirmək olar.
- Rio Olimpiadasının qalibi olduz. Bu uğuru Tokioda da təkrarlamaqla, Azərbaycan tarixinə düşə bilərsiz. Çünki bizdə bu çempionluğu 2 dəfə qazanan yoxdu...
- Heç kim öncədən nəsə deyə bilməz. Bizi Tokioda nə gözlədiyini yalnız Allah bilir.
- Adətən uğurlar və böyük mükafat idmançıları dəyişir. Rionun qalibi olmaq sizi də dəyişibmi?
- Bunu mən deyə bilmərəm. Kənardan siz qiymət verə bilərsiz.
- Bəs telefon nömrənizi dəyişmisizmi?
- 3 dəfə.
- Səbəb nə olub?
- İtirdiyim üçün dəyişirdim.
- Bəlkə qızların əlindən qurtulmaq üçün belə etmisiz...
- Yox, mən qızlarla ünsiyyət qurmuram. Ailəliyəm, 2 qızım var.
- 2017-ci illə bağlı arzularınız nədi?
- Bütün idmançılara uğurlar arzulayıram. Bu tempdə davam etdirsinlər.
- Bu fikirlə razısızmı, Radik Riodan sonra ən populyar idmançı olub?
- Dəqiq nəsə deyə bilmərəm. Amma yəqin ki, müəyyən mənada populyarlıq var.
- Populyarlığın insana bəzən mane olması fikri ilə necə, razısızmı?
- Yox, buna mənə heç mane olmur.
- Bəs populyar olmaq ürəyinizcədimi?
- Bir az populyar olmuşam. Bu da məni qane edir. Şəhərdə görənlər tanıyırlar. Əsas odu ki, mənə mane olmur.